MƏHSUL

Derma Aerozol

Derma Aerozol

Heyvandarlıq

Kategoriya

Dərman preparatları

İstehsalçı şirkət

Hanvet

Alt Kategoriya

Antibiotiklər

Forma və doza

Sprey

Əlaqə

Derma Aerozol

TƏRKİBİ

Hər 200 ml-in tərkibində var:

Oksitetrasiklin hidroxlorid 5 q

Metil Violet 0,7 q

GÖSTƏRİŞLƏR

Dəri yaralarının infeksiyalaşmasının qarşısının alınması üçündür. Tetrasiklinə həssas bakteriyalae tərəfindən törədilən yerli dəri infeksiyalarıının müalicəsi üçündür. Cərrahi müdaxilədən, axtalamadan, quyruğun kəsilməsindən sonra yara və tikişlərin infeksiyalaşmasının qarşısının alınması üçündür.

(Qoyunlarda pododermatit, iri buynuzlu heyvanlarda, qoyunlarda, keçilərdə, donuzlarda, atlarda, dəvələrdə, itlərdə və pişiklərdə yerli infeksiyalaşmış sahələr, yaralar, səthi məmə və məmə ucu yaraları, iri buynuzlu heyvanlarda buynuz kəsilməsindən sonra)

TƏYİNATI VƏ DOZASI

Yalnız xarici təyinat üçündür.

İstafadədən əvvəl yaxşı-yaxşı çalxalayın.

Hər hansı ölü toxumanı, qurumuş zərdabı və ya sekresiyanı və qalıqları infeksiya yerindən təmizləyin. Flakonu düz, yara səthindən 15-20 sm məsafədə tutun və gündə 2 dəfə sahəni tamamilə spreyləyin, 3-5 gün və ya lazım olan qədər təkrarlayın.

XƏBƏRDARLIQ 

Alov istiqamətində spreyləməyin.

Hətta boş olduqda belə flakonu yandırmayın və deşməyin.

50°C-dən yüksək hərarətə məruz qoymayın.

XARİC OLMA MÜDDƏTİ 

Yoxdur

QABLAŞDIRMA

200 ml-lik aerozol sprey 

İSTEHSALÇI

Hanvet (Vyetnam)

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img